Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Uşaq və Ailələrə dəstək mərkəzi ziyarət olundu

306 Baxış

Turanmedia.az xəbər verir ki, 3 dekabr 2021-ci il tarixində Beynəlxalq Əlillər günü ilə əlaqədar Mingəçevir Turizm Kollecinin müəllimləri, Təhsildə uğur qazanmış fiziki məhdudiyyətli tələbələri və ikinci Qarabağ müharibəsində qəhramanlıq nümayiş etdirərək qazi olan tələbələri Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib. Ziyarət etməkdə məqsəd bu təbəqədən olan insanların digər insanlarla eyni hüquqlara malik olduqlarını və onların da cəmiyyətin ayrılmaz bir parçası olduğunu vurğulamaqdır. Maraqlı və əyləncəli görüş zamanı tələbələr və və uşaqlar əyləncəli oyunlar və rəqslər edib eyni zamanda kollecin fiziki məhdudiyyətli və qazi tələbələri Təhsil almaq üçün heç bir əngəlin onlar üçün məhdudiyyət olbagığını bildiriblər.

Bu kimi təşəbbüslər fiziki məhdudiyyətli insanların daim diqqət mərkəzində saxlamaq və onlara daim qayğı göstərmək onların tipik insanlardan heç bir fərqi olmadığını aşılamaq üçün böyük fürsətdir. Həmçinin, Mingəçevir Turizm Kollecinin “ Uşaq və Ailələrə Dəstək Mərkəzi” ilə daha böyük layihələr keçirilməsi və təbliği barəsində danışıqlar aparılıb.

Esmira Hidayətova //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678