Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən Müharibəsi iştirakçısına niyə əlillik verilmir? – Rəsmi açıqlama

114 Baxış

Vətən Müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviçə əlillik təyin olunmaması ilə bağlı iddialar yayılıb. Bildirilib ki, əlillik dərəcəsinin müəyyən olunması üçün tibbi-sosial ekspert komissiyası ona əlillik dərəcəsi verməkdən imtina edib.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlama yayıb.

O bildirib ki, Vətən Müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviç 08.04.2021- ci il tarixində yerli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib:

10.08.2021-ci il tarixində isə əlilliyin qiymətləndirilməsi ilə bağlı şəxsə dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib.

Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoz əlilliyə əsas vermədiyi üçün Rəşid Nurəhmədov barədə imtina qərarı verilib. Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək.

Rəşidin ailəsinə sığorta ödənişi (2750 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.

Onu da bildirim ki, Vətən Müharibəsi iştirakçısının sosial şəbəkə səhifələrində yayılan fotosu hazırkı vəziyyətini əks etdirmi. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678