Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bilin: Bu, mənim öz canımdan artıqdır – Heydər Əliyev

141 Baxış

Heydər Əliyevin 18-ci anım günündə ümummilli liderin sənət adamları ilə görüşlərinin birində azadlıq və müstəqilliklə bağlı sözləri sosial şəbəkələrdə paylaşılıb.

Turanmedia.az axar.az-a istinadən bu tarixi çıxışın mətnini təqdim edir:

“Biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar; illərlə ac qalmaq olar – məhz bunun üçün!

Əsrlər boyu, bizim ulu babalarımızdan indiyə qədər, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar; milli azadlıq və müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, ancaq buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıq olmalıdır.

Mənim üçün – bunu bilin, sizə deyirəm – Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etmək öz həyatımdan, öz canımdan artıqdır!

Ona da əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və günü-gündən yüksəkliklərə qaldırır

Və bilin – bunu Azərbaycanın dövlət başçısı kimi deyirəm: Bundan sonra Azərbaycan heç kimdən asılı olmayacaq, heç kəsin vassalı olmayacaq, ancaq özü öz taleyini həll edəcək, gələcəyini həll edəcək, müstəqil, sərbəst olacaq”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678