Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Brüsseldə soydaşlarımız Prezident İlham Əliyevi belə qarşıladılar – FOTO

101 Baxış

Brüsseldə soydaşlarımız Prezident İlham Əliyevi qarşılayıblar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, sabah – dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə iştirak etmək üçün ölkə başçısı Brüsselə yola düşüb.

Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.

Sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.

Brüsseldə soydaşlarımız Prezident İlham Əliyevi belə qarşılayıblar: //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678