Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dastan yazan qəhrəmanlarımızı “Əsrin dastanı” layihəsində tanıyacağıq.

258 Baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Əsrin dastanı” layihəsinə start verilib.
Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir şəhərindən olan İkinci Qarabağ müharibəsi şəhidləri haqqında videoçarxlar çəkilərək sosial şəbəkələr və internet portalları üzərindən insanlara, əsasən də gənclərə çatdırılacaq.
Layihənin əsas məqsədi bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Vətənə bağlılığının gücləndirilməsi ilə bərabər bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclərdə milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, videoçarxların çəkilişində gənclərin iştirakçılığının təmin edilməsi, layihənin nəticəsi olaraq çəkiləcək videoçarxlardan gənclərlə yanaşı digər yaş qruplarından olan şəxslərin də faydalanması qarşıya qoyulan başlıca vəzifələrdir.
Oktyabr ayından start verilən layihə çərçivəsində il sonuna qədər 15 şəhidimiz haqqında video məlumatın hazırlanması nəzərdə tutulub.

Zəminə Ədilova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678