Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə 9 şəhidin adına əbədiləşən xatirə bulağının açılışı olub.

401 Baxış

Mingəçevirdə 9 şəhidin adına əbədiləşən xatirə bulağının açılışı olub.

Turanmedia.az xəbər verir ki, bu gün Mingəçevirdə həm birinci Qarabağ, həm Vətən Müharibəsi şəhidlərinin adlarının əsəbiləşdirilməsi üçün tikilmiş xatirə bulağının açılış mərasimi keçirilib.Mərasimə şəhid ailələri, qazilər,din xadimləri,ictimayyət nümayəndələri ,şəhidlərni döyüş yoldaşları,doğmaları,qonşuları toplaşmışlar. Əvvəlcə şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildikdən sonra ,dövlət himni səsləndirilib. Tədbir müqəddəs Qurani Kərimin ayələri ilə açıq elan edilib. Haqqın yanında olanların ruhuna xatir Mingəçevir şəhər məscidinin imamı Müşfiiq Nəcəfov dəyərli kəlamları ilə çıxış edib.

Daha sonra birinci Qarabağ savaşının şəhidi,M.B batalyonunun komandiri Mustafayev Şaiq Nicat oğlunun adına əbədiləşmiş xatirə lövhəsinin açılışı olub. Qeyd edək ki, Mustafayev Şaiq Nicat oğlu 1960-ci ilin dekabr ayının 7-də dünyaya göz açmışdır. İlk orta təhsilini Mingəçevir şəhəri 10 nömrəli məktəbdə almış, məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Xalq Təsərrüfatı İnstitunun Muhasibat uçotu fakultəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra əsgərliyə getmiş, az müddət Bakıda işlədikdən sonra Rusiyaya getmişdir.O, 1985-ci ilin aprelində Çernobl faciəsi zamanı oraya könüllü olaraq getmişdir və orada iştirak etmişdir.Şəhid Mustafayev birinci Qarabağ savaşında Şuşanın mühafizəsində iştirak etmiş, Şuşada dağ yüksəklikləri çox olduğundan və alpinist olduğuna görə mütəmadi olaraq daim döyüşlərə də qatılmış və qəhrəmanlıqlar göstərmişdir. Şuşa alınandan sonra Füzuli, Ağdərə döyüşlərində iştirak etmiş, döyüş yoldaşlarının dediyinə görə səngərdə onurğa sütunundan ciddi xəsarət almışdır. Ciddi xəsarətinin və çox ağrılarının olmasına baxmayaraq yenidən cəbhəyə yollanmışdır. Buna səbəb xəbər gəlir ki, Ağdərə rayonunun Kasaped kəndinə indiki Umudlu kəndi mühasirəyə alınıb, qadınlar, uşaqlar və yaşlılar orda qalıb. Beləliklə öz dəstəsilə birgə yenidən cəbhəyə yollanıb, böyük qəhrəmanlıqla kəndi və əhalisini mühasirədən çıxarmış, özü isə snayper gülləsinə tuş gələrək qəhrəmancasına 22.07.1992-ci ildə şəhid olmuşdur. Şəhidin cənazəsi böyük izdihamla Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Daha sonra Mustafayev Şaiq də olmaqla 8 şəhidin adına əbədiləşmiş xatirə bulağının da açılışı olub.Açılış mərasimlərindən sonra tədbirə qatılan ürəkləri göz yaşı ilə dolu olan şəhid anaları çıxışlar ediblər. Şəhidlərin döyüş yoldaşları,qohumları,qazilər öz ürək sözləri ilə xatirələrini bölüşüblər. Çıxış edənlər şəhid övladları ilə qürur duyduqlarını bildirib,bu işlərin ərsəyə gəlməsində əvvəlcə xeyirxah işlərin təşkilatçısı Gülər Sadıqovaya və bulağın,divar lövhəsinin ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkürlərini bildiriblər. Beləliklə şəhidlərimizin ruhlarının əsəbiləşdirilməsi üçün hazırlaşmış xatirə bulağının açılış tədbir proqramı sona çatıb. Bütün şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağlam olsun.

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678