Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı küçələrinin “qanunsuz pakinq oliqarxları” – ARAŞDIRMA

130 Baxış

Paytaxt Bakının mobillik baxımından ən önəmli problemlərindən biri də parklanma ilə bağlıdır. Bakı şəhərinin bütün park yerləri Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli 1902 saylı fərmanı əsasında Bakı Nəqliyyat Agentliyinin balansına verilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən küçələrdə müvafiq tarif müəyyən edilənə qədər parklamanın ödənişsiz olmasına dair müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur.

Turanmedia.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) dəfələrlə Bakıda qanunsuz parkinq xidmətinin göstərildiyini, milyonlarla gəlirin əldə edildiyini və aidiyyəti dövlət qurumlarının buna qarşı tədbir görmədiklərini bəyan edib. Adıçəkilən qurumun İdarə Heyətinin sədri Vüsal Kərimov növbəti dəfə bildirib ki, “Paytaxtda parklama xidmətinin tarifləri Nazirlər Kabineti tərəfindən təsdiq edilmir. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər?! Onların arxasında müəyyən himayədarları var”.

Xatırladaq ki, 4 il əvvələ qədər Bakıda parklama xidməti ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olub. Xidmətin təşkili üçün şəhərin müxtəlif yerlərində müasir ödəniş aparatları da quraşdırılmışdı. Amma BNA yaradıldıqdan sonra bu xidmətin göstərilməsi Agentliyə həvalə edildi. Agentlik isə tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Amma 4 il keçməsinə baxmayaraq, heç bir addım atılmayıb. Bu müddət ərzində şəhərdə avtoparkinq xidməti dayanmayıb. Kiçik araşdırmamıza zamanı məlum oldu ki, günümüzədək parkin xidməti üzərlərində “Çinar Avtoparkinq” MMC-nin vəsiqəsini daşıyan şəxslər tərəfindən həyata keçirilir.

Bəs BNA ilə rəqabət aparan, 4 ildir şəhərdə qanunsuz avtoparkinq xidməti göstərdiyi iddia olunan “Çinar Avtoparkinq” MMC-nin sahibi kimdir? Vergilər Nazirliyinin informasiya bazasında apardığımız axtarış zamanı MMC haqqında maraqlı məlumatlar əldə etdik. Belə ki, “Çinar Avtoparkinq” MMC-nin (VÖEN 1306356451) qanuni təmsilçisi Qocayev Nizamı Mehralı oğludur. Nizamnamə kapitalı cəmi 10 manat təşkil edir, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5 göstərilir. MMC 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin təsisçisi haqqında internet resurslarında aparığımız araşdırma zamanı əksər mənbələr onun Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi olmuş Nizami Qocayev olduğunu göstərir. O, 2000-ci ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib, 2002-ci ildə isə Prezident tərəfindən əfv olunub və daxili işlər orqanlarına bərpa edilib. Bundan sonra İsmayıllı rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2016-cı ildən 2020-ci ilə qədər Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi olub. Hazırda təqaüddədir.

Mətbuatda Respublika Prezidentinin fərmanıbnın icra olunmaması ilə bağlı silsilə yazılar getdikdən sonra Yasamal Bələdiyyəsi “Çinar Avtoparkinq” MMC ilə qanunsuz bağlanan müqavilə ləğv edilmişdir. Lakin, müqavilənin ləğvi Yasamal Bələdiyyəsi işçiləri üçün ağır nəticələnmişdir.

Beləki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar avtopark” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin ləğv edilməsinə cavab olaraq inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara ağır bədən xəsarətləri yetiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə istintaq hərəkətləri aparılsada DİN və Hökümət Rəhbərliyinə “Qarabağ qaziləri” adı altında bu cinayət əməllərinin törədilməsinin pərdə arxasında Bakı küçələrinin “qanunsuz pakinq oliqarxları”nın dayanması faktları gizlədilməkdədir. ,//Turanmedia.az

(xeberle.com)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678