Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəmaləddin Heydərov öz istəyi ilə vəzifəsindən AYRILDI

151 Baxış

Daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, sabah Azərbaycan Taekvondo Federasiyasında yeni prezident seçiləcək.

Ənənəvi olaraq tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Ümumdünya Taekvondo Federasiyasının da vitse-prezidenti olan nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678