Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada azərbaycanlı intihara hazırlaşan gənc qızı xilas etdi

108 Baxış

Rusiyada azərbaycanlı gənc intihar etmək istəyən qızı xilas edib.

Turanmedia.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Rusiyanın Perm şəhərində hündürmərtəbəli binanın 16-cı mərtəbəsində balkonda gənc qız intihara etmək istəyib. Qızın ağlamaq səsinə reaksiya verən gənc onun özünü balkondan atmağa hazırlaşdığını görüb. Hadisəyə biganə qalmayan oğlan qızı sakitləşdirməyə, dilə tutmağa çalışıb. Və özünü öldürmək istəyən gənc qıza onunla beş dəqiqə danışmaq, ona kömək etmək istədiyini bildirib. O, 16-cı mərtəbəyə qalxaraq qızı intihardan çəkindirməyə nail olub. Sonu gözəl bitən bu hadisənin qəhrəmanı azərbaycanlı Kənan Ukalayevdir.

Kənan 2007-ci ildən Permdə yaşayır. Kənanın gənc qızı ölümdən xilas etməsini əks etdirən video sosial şəbəkələrdə sürətlə yayılıb və həmyerlimiz qəhrəmana çevrilib. Sosial şəbəkə istifadəçiləri onun biganə qalmayaraq etdiyi hərəkəti yüksək dəyərləndirərək qəhrəmanlıq adlandırıblar.

KİV istifadəçilərinin rəylərindən bir neçəsini təqdim edirik.

“Bu, irqindən asılı olmayaraq hər birimizin borcudur. Bu gəncin böyük ürəyi var, əhsən, kömək edib”. “Qınamaq asandır, əgər orada deyilsənsə. Amma oğlana həqiqətən afərin”. “Nə yaxşı ki, dünyada laqeyd olmayan insanlar var, çox sağ ol, oğlan”. “Çox sağ ol, insan!”. Siz sadəcə ötüb keçmədiniz”.

Biz də həmyerlimizə xeyirxah əməlinə görə, təşəkkür edirik və belə gözəl davranışlı azərbaycanlılarımızla fəxr edirik. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Başınız həmişə uça olsun! //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678