Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BDU-nun 8 fakültəsinə dekan seçilib – SİYAHI

106 Baxış

Bakı Dövlət Universitetinin 8 fakültəsinə yeni dekan seçilib.

Turanmedia.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb.

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678