Ərdoğan: “ABŞ-a 1 milyard 450 milyon dollar ödədik, amma qırıcıları hələ də təhvil verməyiblər”

94 Baxış
“S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox mühüm addımdır. S-400 çox vacib müdafiə sistemidir.

O, qeyd edib ki, Türkiyə S-400-ləri aldığı andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olmağa başlayıb, lakin bu Türkiyənin qərarrıdır və kimsənin müdaxilə etməsi mümkünsüzdür.

“Biz Rusiya ilə müqavilə bağlamışıq. Bu NATO ilə münasibətlər baxımından heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri silahlanmada öz qərarını verir. Təəsüf ki, Amerikanın pulunu ödədiyimiz halda bizə vermədiyi məhsullar var ki, onlardan ən əsası “F-35” qırıcılarıdır. Bunun üçün ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə qırıcıları hələ də təhvil verməyiblər”.

R.T.Ərdoğan müdafiə nazirləri səviyyəsində müəyyən görüşləri keçirərək yaranan problemi həll edilə biləcəyini vurğulayıb. Türkiyə lideri ölkəsi ilə ABŞ-ın münasibətlərinin pozulmasını istəmir.

“Onlarla bir çox sahələrdə birgə atdığımız addımlar var. Bununla bağlı Müdafiə Nazirliyimiz qarşı tərəflə bu işi davam etdirir. Biz “F-16” qırıcılarını modernləşdirməklə bunu həll etməyə çalışacağıq”, – o qeyd edib.