Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir” – Prezident

316 Baxış
“Polad Həşimov öz şəhadəti ilə deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı müharibəni belə aparmaq çətin olardı”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident xalqda ruh yüksəkliyindən danışıb: “Mən bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağılmış evlərin önündə demişdim ki, dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik. Və yadımdadır mən bir çox müsahibələr vermişdim müharibə zamanı. Bir sual bu günə qədər yadımdadır. Jurnalist demişdi ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Və o müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb elədim ki, sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orada sizi ittiham edəcəklər. Deyəcəklər nə üçün İlham Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir çox döyüş yerlərində olmuşam, belə bir ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, ancaq dayanmasın. Bilirsən budur xalq. Xalq hazır olmalıydı buna. Və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir, sənin üçün, sənin yaxınların üçün ilk növbədə. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və əbədi yaşayacaq xalqımızın qəlbində”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678