Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək – Zelenski

104 Baxış

“Bu gün imzaladığımız müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Eyni zamanda, biz enerji sektorunda qarşılıqlı əlaqələrimizə yeni təkan vermək istəyirik. Koronavirusla əlaqədar görülən tədbirlərə baxmayaraq, bir ildə Ukraynaya 2 milyon türk turist gəlib”, – Zelenski əlavə edib.

“Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir”, – Ukrayna lideri qeyd edib. //Turanmedia.az