Azərbaycanda ən uzun asma körpü tikilir
28 Baxış

Azərbaycanda ən uzun asma körpü tikilir.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda ən uzun asma körpü Ağsuçay üzərindən 4,5 kilometrlik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun üzərində tikilir.
Onun uzunluğu 1135 metrdir.
Körpünün arxasındakı yolda yerləşən 865 m uzunluğunda tunelin girişində də işlər davam etdirilir.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun özü iki hərəkət zolağından dörd zolağa genişləndiriləcək. //Turanmedia.az