Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Narkomaniyaya “yox” deyirik!

132 Baxış

Turanmedia.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsi tərəfindən Mingəçevir Gənclər evində “Narkomaniyaya”yox” deyirik adlı gənclər və yeniyetmələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhərin Hüquq-mühafizə orqanlarının nümayəndələri ,İcra Hakimiyyətinin nümayəndəsi ,Narkoloji Dispanserin həkimi, Gənclər İdman idarəsinin rəisi və orta məktəb müəllim və şagirdləri iştirak ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə çağırış bölməsinin rəisi, mayor Novruzov Famil çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Novruzov qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır:” Cəmiyyətin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu, onun yaratdığı təhlükələr və fəsadlar barədə siz gəncləri məlumatlandırmaqdır. Qeyd edim ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında yaratdığı fəsadların həcminə görə irqindən, yaşından, dinindən aslı olmayaraq bütün xalqları, millətləri düşündürən qlobal problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyaya yayılmış qorxulu bəla kimi hər bir insanı düşündürür”.

Tədbirdə qeyd olunub ki,Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuş vəzifələr Xidmət tərəfindən uğurla icra olunmaqdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” rəhbər tutaraq tədbirlər planı hazırlanmış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Çağırışaqədər yaş həddində olan gənclərimizin gələcək çağırışçı, Vətən müdafiəçisi kimi yetişdirilməsində, onların mənəvi-psixoloji cəhətdən dayanıqlı şəkildə tərbiyə olunmaları istiqamətində Xidmət tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə maarifləndirici tədbirlər müxtəlif formatda mütəmadi keçirilir. Keçirilən tədbirlərdə əsas məqsəd gənc nəsildə anti-narkotik dünyagörüşünün formalaşdırılması, narkomaniyanın insan genofonduna vurduğu zərər və narkotik vasitələrdən istifadənin insanı cinayətə sövq etməsi və cinayət məsuliyyəti yaratdığı barədə diskusiyalar aparılır.

Tədbirdə Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Mövzu ilə bağlı digər çıxış edən İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev,Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalarını, diqqəti təhsilə, idmana yönəltməli olduğunu bildiriblər. Qeyd ediblər ki, həyat amalımız, devizimiz “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” olmalıdır.

Tədbirdə çıxış edən Narkoloji Dispanserin həkimi Zeynəb Balakişiyeva zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb.

 

Esmira Hidayətova,Mingəçevir //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678