Şairin yeni kitabının təqdimatı olub

28 Baxış

Turanmedia.az xəbər verir ki, Bakı şəhərində baş tutan tədbirin açılışında torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə, çıxış üçün ilk söz müəllifin atası və kitabın rəssamı Malik Muğanlıya verildi. AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy kitab haqqında öz təəssüatlarını bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu kitab haqqında öz fəlsəfi fikirlərini diqqətə çatdırıb.

Azərbaycan Dəniz Akademiyasının “Naviqasiya kafedrasının” müdiri Həzi Nəbiyev, hərbi jurnalist İbrahim Rüstəmli və başqa qonaqlar müəllifi təbrik ediblər.

“Rəbbimlə söhbət” kitabının məsləhətçisi şərqşünas, ilahiyyatçı alim Hacı Famil Burxanoğlu kitab haqqında məlumat verdi: “Bu kitabda şairin Rəbbimizlə olan söhbətinin, dualarının çox cüzi bir hissəsi yazılmışdır. Kitabda həmçinin Müşfiqin ötən illərdə qələmə aldığı Tanrı sevgisini ehtiva edən çoxlu şeirləri də yer alıb. Yeni kitabda oxucular müəllifin Allah eşqi, Vətənpərvərlik, şəhidlik zirvəsi, valideynə hörmət, axirət, həyat və Quran ayələrinə istinadən yazdığı fəlsəfi düşüncələr və şeirlərlə tanış ola biləcəklər.”

Tədbirdə kitabın müəllifi Müşfiq Malik Muğanlı şeirləri haqqında düşüncələrini tədbir iştirakçıları ilə paylaşıb.

“Rəbbimlə söhbət” kitabının təqdimatı imza mərasimindən sonra başa çatıb.

Qeyd edək ki, yazıçı, şair Müşfiq Malik Muğanlı yeddi kitab müəllifidir. O, Əslən biləsuvarlıdır, uzun illərdir Bakı şəhərində yaşayıb, fəaliyyət göstərir. //Turanmedia.az