Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Omikron” ştamının yalançı əlaməti aşkarlandı

113 Baxış
Koronavirusun “omikron” ştamının yalançı əlaməti aşkarlanıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın “ZOE COVID Study” mütəxəssislərinin dərc etdiyi araşdırmanın nəticələri sübut edir.

Tədqiqata əsasən məlum olub ki, mədə-bağırsaq sistemində problemlərin olması həmişə COVID-19 infeksiyasını göstərə bilməz.

Koronavirusun simptomlarını izləmək üçün xüsusi proqram yaradan mütəxəssislərin fikrincə, ötən il dekabrın ortalarından cari il yanvarın sonuna kimi mədə-bağırsaq traktının problemləri ilə bağlı şikayətlərdə artım müşahidə olunub.

Alimlər bunu bağırsaq xəstəliklərinin mövsümü ilə əlaqələndirirlər, lakin bəzi hallarda mədə-bağırsaq traktında problemlər COVID-19 infeksiyasına işarə edə bilər.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678