Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Mübariz İbrahimovun cənnətdəki 12-ci doğum günüdür

120 Baxış

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağrılmışdır.

M.İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin canlı qüvvəsini məhv etmiş, bir neçə nəfəri yaralamışdır. Ermənilərin silahlarını özlərinə qarşı istifadə edərək 5 saat onlarla döyüşdükdən sonra Mübariz İbrahimov səhərə yaxın saatlarda qəhrəmancasına həlak olmuşdur.

Bu gün Mübariz İbrahimovun erməni silahlılarını məhv etdiyi postda Azərbaycan bayrağı dalğalanır.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678