Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha 3 məktəb əyani tədrisə qayıdıb

124 Baxış
Paytaxtdakı 100 və 102 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Turanmedia.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Həmçinin “Ankara məktəbi” məktəb-liseyi də bu gündən əyani tədrisə geri dönüb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678