Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taleyran öldü…” – Aslan İsmayılovdan Ramiz Mehdiyevin istefasına REAKSİYA

118 Baxış

“Taleyran öldü. Maraqlıdır, bu ona nə üçün lazım idi?!”

 

“Xəbər agentlikləri və sosial şəbəkələr sevinclə Ramiz Mehdiyevin AMEA-nın prezidenti postundan istefa verməsi xəbərini tirajlayırlar. Özü isə bildirib ki, yaşı ilə bağlı istefa verib və kitab yazmaqla məşğul olacaq”

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov “facebook” səhifəsində paylaşım edib. O, profilində yazıb:

“R.Mehdiyev istefa versə belə bu, onun ictimai-siyasi həyatdan getməsi deyil və yadıma məşhur fransız diplomatı Taleyranın ölümündən sonra onun haqqında deyilmiş məşhur kəlam düşdü. Şarl Moris de Taleyran-Periqora 1754-1838-ci illər Parisdə yaşayıb və tək Fransada deyil bütün Avropada öz hiyləgərliyi, rüşvətxorluğu, intriqanlığı və prinsipsizliyi ilə məşhur olub. Həyatını keşiş kimi başlasa da uzun illər Fransanın Xarici İşlər Naziri olub. Bir neçə dəfə təmsil olunduğu hakimiyyətlərə xəyanət etsə də hər yeni hakimiyyətdə vəzifəsini qoruya bilib. Onun ölüm xəbəri yayılanda da çoxları buna inanmayıb, inananlar isə sual ediblər ki, “Taleyran öldü. Maraqlıdır, bu ona nə üçün lazım idi?!

P.S. Taleyran 84 il yaşayıb. R.Mehdiyevin də bu il aprelin 17-də 84 yaşı olacaq”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678