Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Heydər Əliyev Mərkəzinə qələbəmizin simvolu olan “Dəmir Yumruq”eksponatı bağışlandı.

211 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Heydər Əliyev Mərkəzinə qələbəmizin simvolu olan “Dəmir Yumruq”eksponatı bağışlandı.

Xəbər vermişdi ki,özünü xalqın xidmətçisi adlandırılan, Ali Baş Komandan prezident İlham Əliyevə həsr olunmuş gənc yazar,şair Emil Xanlarovun “Xalqın Xidmətçisi” – Dəmir Yumruq kitabı ictimayyətə təqdim olunmuşdu.Qeyd edək ki, kitabda Vətən Müharibəsi və Dəmir Yumruq əməliyyatı haqqında geniş məlumat verilib.

Eləcədə kitabda Gəncə və Bərdəninin bombalanması və digər həssas məqamlara yer verilib. Tovuz şəhidlərimiz, həmçinin də şəhid Xudayar Yusifzadə haqqında geniş məqalələr, şeirlər dərc olunub.Kitab geniş oxucu kütləsi toplayıb.Kitabı oxuyanlar öz müsbət rəylərini vermiş gənc yazara müvəffəqiyyətlər arzulamışlar. Yeri gəlmişkən qeyd edək ki,bu günlərdə hər zaman həm maddi, həm də mənəvi kitaba diqqət dəyər, dəstək göstərən iş adamı sahibkar Vüsal Əlibəyli bu dəfə Mingəçevir Heydər Əliyev Mərkəzinə qələbəmizin simvolu olan “Dəmir Yumruq” eksponatı bağışlayıb.

Xatırlatmaq istərdik ki, kitab Emil Xanlarovun öz şəxsi vəsaiti hesabına başa gəlib. Prezident və vitse-prezident İctimai Dəstək layihə rəhbəri Anar Ağayevin təşkilatçılığı ilə bir çox millət vəkilinin iştirakı ilə Bakı şəhərində kitabın təqdimat keçirilib.

Qeyd edək ki, gənc fəalın ikinci – “Xalqın Xidmətçisi – Böyük Qayıdış” adlı kitabının davamı yazılmaqdadır.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678