Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirtdi

48 Baxış

Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib.

Turanmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.

Xatırladaq ki, bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yayılmışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə səhiyyə naziri vəzifəsini tutub. //Turanmedia.az