Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müğənni Manaf Ağayev SAXLANILDI

121 Baxış

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuş, sonradan M. Ağayev həmin görüntüləri silmişdi.

Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib.

Hazırda araşdırma davam etdirilir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678