Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir şagirdlərin davranışları ilə bağlı görüntüləri ictimailəşdirməyi doğru hesab etmir

117 Baxış

“Şagirdlərin nadinc davranışları ilə bağlı görüntüləri ictimailəşdirməyi doğru hesab etmirəm”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, gün ərzində 3-4 milyon insanın təhsillə ünsiyyəti olur, təbii ki, burada insanlar arasında müxtəlif münaqişələr yaşanır: “Bunu videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil. Azərbaycanlı şagirdlər son illərdə beynəlxlaq olimpiadalarda 300-dən çox medal qazanıb. Amma nədənsə biz onların uğurlarını çəkib paylaşmırıq. Məncə bizim qəhrəmanlarımız onlardır. Onları ictimailəşdirmək daha doğru olar. Nadinc, partanın üstünə çıxan uşaqlar təbii ki problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir. Lakin bunu gündəmin ən vacib mövzusuna çevirmək də doğru deyil”, – o deyib.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678