Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mövqelərimiz və mülki obyektlər atəşə tutulur – Kiyev

142 Baxış

Beynəlxalq tərəfdaşları Donbasda Rusiyanın təxribatlarını pisləməyə çağırırıq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Biz Rusiya Federasiyasının kütləvi dezinformasiya kampaniyasına başlamasını, Minsk razılaşmaları ilə qadağan olunmuş silahlarla Ukraynanın mövqelərini və mülki infrastrukturu atəşə tutmasını, təhlükəsizlik vəziyyətini gərginləşdirməsini izləyirik. Biz beynəlxalq ictimaiyyəti – xarici dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın və onun Donbasdakı işğalçı administrasiyalarının siyasi və diplomatik həll prosesinə mane olan təxribatlarını dərhal pisləməyə çağırırıq”, – bəyanatda qeyd olunub. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678