Türkiyənin yeni raketi: hədəfi dəqiqliklə vurdu

32 Baxış

Türkiyənin milli texnikası olan HİSAR-RF hava hücumundan müdafiə sistemi təlimlər zamanı hədəfləri tam dəqiqliklə vurub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

“Yeni HİSAR-RF 2022-ci ilə sürətli şəkildə başlayıb. Aparılan təlimlər zamanı adıçəkilən texnika hədəfləri tam dəqiqliklə vurmağı bacarıb”, – İ.Dəmir bildirib. //Turanmedia.az