Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rəsmi İrəvan kütləvi məzarlıqların yerini göstərməkdən niyə boyun qaçırır?

114 Baxış

Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi bir faktdır. Bunu heç İrəvanın özü də yüzlərlə sübutun qarşılığında dana bilmir. Bununla bağlı məsələnin Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilən dördtərəfli görüşdə gündəmə gəlməsi də təsadüfi deyildi. Üstəlik, Azərbaycan tərəfi indi, bu əraziləri işğaldan azad etdikdən sonra belə məzarlıqların olmasına dair müəyyən sübutlar üzə çıxarır.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, məsələyə münsibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün 4 minə qədər vətəndaşımızın kimliyinin müəyyənləşdirilməsi Azərbaycan diplomatiyası qarşısında ən önəmli vəzifələrdən biridir.

Siyasi şərhçi qeyd edib ki, kütləvi məzarlıqlar haqqında müfəssəl məlumatlar artıq rəsmi Bakıya təqdim edilməlidir: “Azərbaycan üzərinə düşən məsuliyyəti yerinə yetirdi. Lakin Ermənistanın xarici işlər nazirliyi məsuliyyətdən boyun qaçırmağa çalışır. Bunun da bir sıra səbəbləri var. Çünki həmin kütləvi məzarlıqlarda qadınlar, uşaqlar və ahıl şəxslər müəyyən olunarsa, bu müharibə qaydalarının kobud şəkildə pozulması deməkdir. Ermənistana qarşı bu xüsusda ədalət məhkəməsi qarşısında Azərbaycan tərəfi vəsatət qaldıra bilər. Burada DNT analizləri yanaşı, həm də onların işgəncələrə məruz qalması, döyülməsi və üzərlərində müxtəlif tibbi tədqiqatların aparılması müəyyən olunarsa, bu da Azərbaycan tərəfinə kifayət qədər əsaslar verəcək. Ermənistan buna görə də, məsuliyyət daşıyır. Təbii ki, o dövrdə hakimiyyətdə olan şəxslərin də məsuliyyətə cəlb olunması prosesi həyata keçirilə bilər”.

 

Politoloq vurğulayıb ki, Azərbaycan torpaqları işğal edildikdən sonra bir sıra yerlərdə kütləvi məzarlıqlar aşkar edilib: “Bu, ona əsas verir ki, digər yerlərdə də kütləvi məzarlıqlar mövcuddur. Ermənistan dövləti kütləvi məzarlıqların kardinatını dəqiq bilir. Lakin Azərbaycan tərəfinə bunun yerini verməkdən boyun qaçırır. Ermənistan tərəfinə beynəlxalq təzyiq göstərilməlidir ki, Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana təqdim etsin. Eyni zamanda, Avropa Şurası və Fransa da Ermənistana təzyiq etməlidir. Əgər Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana verməsə, o zaman siyasi-diplomatik danışıqlar bir anlam kəsb etməyəcək”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678