Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəldi

20 Baxış

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Klaar tvitter sosial şəbəkəsindəki hesabında bildirib.

“Bakıya qayıtdığım üçün çox şadam. Avropa İttifaqının öhdəliyini və növbəti addımları müzakirə etmək üçün sabah danışıqları gözləyirik”, – o qeyd edib.

Qeyd edək ki, fevralın 21-də T.Klaar Bakıda ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək. //Turanmedia.az