SSRİ şər imperiyasıdır!

91 Baxış

SSRİ şər imperiyasıdır! ABŞ-ın sabiq prezidenti R.Reyqan. Bu şər imperiyası süqut edəndə isə, Rusiya Federasiyası özünü SSRİ-nin hüquqi varisi elan etdi. Yəni şər imperiyasının varisi! Rusiya Federasiyası mövcud olduğu 30 il ərzində yürütdüyü zora söykənən,imperialist- işğalçı siyasəti ilə həqiqətən şər imperiyası olduğunu göstərdi. İndi sivil dünya bu şər imperiyasından qurtulmağın yollarını axtarır. Bu şər imperiyasını qoruyub,yaşatmağa çalışan Rusiyanın şovinist idarəçiləri isə,zorbalığa güvənərək səhv qərarlar verməkdə davam edirlər! Rusiya Federasiyasının Ukraynanın dünya tərəfindən tanınmış sərhədləri daxilində yaradılmış separatçı qondarma Donetsk və Luqansk Respublikalarını müstəqil dövlət kimi tanımasıda təqdir etdiyimiz səhv qərarlarından biridir! Bu səhv qərar nəticəsində bütün sivil dünya Rusiya Federasiyasına qarşı birlik oldu. Bu böyük Birliyin təzyiqi Rusiya Federasiyasını tezliklə çökdürəcək və bu şər imperiyasının dünya üçün təhlükəsi ortadan qalxmış olacaqdır! Dünyamız,Azərbaycanımız,Türk dünyamız üçün xeyirli olacaq Rusiya Federasiyasının sonunu tezliklə gətirəcək qərarları dəstəkləyirəm və Rusiya imperiyasını idarə edənlərin səhv qərarlarını alqışlayıram! Bu şəraitdə ən ağıllı hərəkət Rusiya çətirinin altına girmək yox,bu çətirin altından qaçmaqdır! Ağılsızlıqdan bu çətirin altına girənlər, qaçmayanlar isə bu ağır bədheybət uçanda onun qırıntıları altında qalıb əziləcəklər!