Rusiya və Azərbaycan atom enerjisi ilə bağlı əməkdaşlıq edəcək

109 Baxış

Rusiya və Azərbaycan atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Sənədə əsasən, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. //Turanmedia.az