Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabah Bakıda Xocalı ilə bağlı YÜRÜŞ KEÇİRİLƏCƏK

113 Baxış
“Xocalı soyqırımının ildönümü ilə bağlı bundan öncəki illərdə Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Sabah da növbəti yürüş keçiriləcək. Xocalı soyqırımının dünya miqyasında tanınması üçün Heydər Əliyev Fondu da böyük işlər görür”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bugünkü plenar iclasında deyib.

O bildirib ki, Milli Məclis də Xocalı soyqırımının tanıdılması ilə bağlı bəyanatlar və qərarlar verib: “Mən də beynəlxalq görüşlərdə 74 ölkənin parlament rəhbərlərinə məktub göndərərək Xocalı soyqırımının tanınması üçün zəruri tədbirlər görülməsini xahiş etmişəm”.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678