Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenskiyə “get aktyorluğunu et” deyən aktrisa Məlahət Abbasova TƏNQİD OLUNDU

128 Baxış
Aktrisa Məlahət Abbasovanın sosial şəbəkə hesabından Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı etdiyi paylaşım tənqid olunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda “show_news” səhifəsindəki paylaşımlardan birinə yazıb.

Belə ki, o, Zelenski ilə bağlı şərhində “Zelenski aktyor, senarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan” , – sözlərini qeyd edib.

Aktrisanın bu sözləri tənqid edilib. İnsanlar şərhdə “Yazdıqlarınız çox zalımdır, Ukraynada insanlar ölür”, “Məsum insanlar öldürülür”, “Sən də aktrisasan, nə başa düşürsən siyasəti?” cavabını yazıblar.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678