Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kiyev Putinin təklifi ilə razılaşdı: Danışıqlar aparılır…

114 Baxış

Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov Feysbuk səhifəsində yazıb.

“Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, – Nikiforov yazıb.

Qeyd edək ki, bundan öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova Ukrayna tərəfinin danışıqlar barədə müzakirəni sabaha saxlamağı xahiş etdiyini bildirmişdi. //Turanmedia.az

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678