Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kliçko: Vəziyyət ağırdır, düşmən Kiyevə soxulub

112 Baxış

Kiyev müdafiə fazasına keçib, vəziyyət ağırdır, düşmən paytaxtı məhv etmək istəyir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko brifinqdə deyib.

“Şəhər müdafiə mərhələsinə qədəm qoyub. İndi bəzi ərazilərdə atışma və partlayış səsləri eşidilir. Ukrayna hərbçiləri rusların təxribat qruplarını zərərsizləşdirir. Təəssüf ki, bu təxribat qruplarının bəziləri artıq Kiyevə soxulub. Düşmən paytaxtı diz çökdürmək və bizi məhv etmək istəyir”, – deyə Kliçko bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678