Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayıb

27 Baxış
Avropa İttifaqının hava məkanını Rusiya təyyarələrinə bağlamaqla bağlı qərar qüvvəyə minib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, qərarın mətni Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunub.

Qərarda göstərilir ki, Rusiya qeydiyyatında olan, Rusiya aviadaşıyıcılarına məxsus və ya Rusiyaya icarəyə verilmiş, Rusiyanın nəzarətində olan istənilən növ təyyarənin Avropa İttifaqı ərazisinə daxil olası, enməsi və ya qalxması qadağan edilir.  //Turanmedia.az