Ölməz Şəhidim cənnətdəki doğum günün mübarək İzzət Həmidov

110 Baxış

Turanmedia.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid İzzət Həmidovun doğum günüdür.

Bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları məzarını ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Şəhid İzzəti tanıyanlar bildirirlər ki, İzzətin vətənə böyük sevgisi olub. Torpaqlarımızı azad görmək arzusu ilə yaşayıb. Vətən müharibəsi başlayanda da könüllü olaraq döyüşlərdə iştirak edib.

Xatırladaq ki, əslən Qubadlı rayonundan olan İzzət Həmidov, Sumqayıt şəhərinin yetirməsidir. O, 2000-ci ilin 28 fevral tarixində dünyaya gəlmiş və elə Sumqayıtdakı 26 saylı tam orta məktəbi bitirib. Oğlunun şəkilləri ilə şəkillər çəkdirən ananın fəryadı,yanğısı bütün Azərbaycan xalqının qəlbini parçalayır.Bir gecədə anasının saçlarını ağardan şəhidimiz İzzət Həmidov ölümündən sonra Prezidentin müvafiq Sərəncamlarına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək Şəhidim.

Sən hər zaman qəlbimizdə yaşayacaqsan.

Ruhun daima şad olsun. //Turanmedia.az