Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb

107 Baxış

“2021-ci ildə pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpasına kömək göstərilməsi ilə bağlı Agentliyə 8 yazılı müraciət daxil olub”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2021-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapıb.

Qeyd olunub ki, bunlar əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir.

“Müvafiq dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2005- ci illə müqayisədə 2021-ci ildə piratçılığın səviyyəsi aşağı düşüb, o cümlədən kitab satışı sahəsində 61%-dən 20%-ə, audio-video məhsul bazarında 90%-dən 57%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb”,- məlumatda qeyd olunub.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678