Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Access Barsla bütün dünyanız dəyişər” Nuridə Cavadova ilə daha ətraflı…

257 Baxış

Access Bars dünyada geniş yayılmış olan Access Consciousness adlı bir öyrətmə sisteminin təməl hissəsidir. Access Consciousness amerikalı Gary Douglas tərəfindən aşkar olunub və sonra Dr. Dain Heer orta1 kimi qatılaraq Douglas ilə birlikdə bu sistemi yaymağa başlayıb. Bu sistemin dünya üzərində 4000 təlimçisi, yüz minlərlə tətbiq edəni və milyonlarla seans alanı var. Access Consciousness kəlmə anlamı ilə “şüura çatmaq” deməkdir. Access Consciousness’ın iddiası insanları daha çox şüurlandırmaq və sonsuz ehtimalları açmaqdır. Bunun yolu da seans və sual verməkdən keçir. Suallara və proseslərə dayanan bir sistemdir. Bu barədə daha geniş məlumatları oxucularımıza çatdırmaq üçün Access Bars təlimçisi Nuridə Cavafova suallar ünvanladıq.

– Access Bars nədir, bu sistem insanlara nə vəd edir?

Access Bars sizin indiyə qədər dəyişdirə bilmədiyiniz hər hansı bir şeyi asanlıqla dəyişdirmənizə və yaratmağı arzuladığınız hər şeyi fərqli və daha asan bir yolla yaratmağınızı təmin edəcək vasitələr, üsul, və metodların toplamıdır. Doğulduğumuz andan etibarən valideynlərimiz, yaxınlarımız, müəllimlərimiz, qohum-əqrəbalarımız, qonşularımız tərəfindən əslində bizə aid olmayan çeşidli mühakimələrlə dolduruluruq. Beləliklə, öz gerçəyimizi və əslində kim olduğumuzu unuduruq. Beləcə Access Bars bu məhdudiyyətləri təmizləmə şansı verir. Bədəninizi və sizi hər hansı bir şey haqqında məhdudlaşdırmaqda olan sahib olduğunuz bütün düşüncələri, fikirləri, davranışları, qərarları, hökmləri və inancları buraxmanızı başladan terapilərdir. Access Bars deyir ki, siz bu dünyada hər hansı bir mövzuda çözmək istədiyiniz nə varsa, yaratmaq istədiyiniz nə varsa sual verib, cavab vermədiyiniz və şərt qoşmadığınız zaman, özünüz – ay aman bu mümkün deyil, olmaz, mən edə bilmərəm, bacarmaram – girmədiyiniz zaman mütləq bunların çözümü bir şəkildə gələcəkdir. Yəni Gary Douglas dünyada belə bir mexanizmin, belə bir sistemin var olduğunu iddia edir və öz həyatında da bunu göstərir. Mən də həm bir təlimçi, həm də həyatıma alıb qəbul etmiş birinsan olaraq bu iddianı dəstəkləyirəm.

-Oxucularımıza barlar haqqında bir qədər geniş məlumat verərdinizmi?

– Gary Douglas deyir ki, bizim başımızda 32 ədəd bar, yəni stansiya var. Bu barlar bizim keçmişdən bu günə qədər bütün davranışlarımızın, hislərimizin, şərtləndirmələrimizin, asılılıqlarımızın, qorxularımızın, inanc sistemlərimizin hamısının yığıldığı yerlərdir. Bəlli bir zaman sonra burada artıq şeylər yığılır, yəni lazım olmayan fikirlərlə-informasiyalarla dolur. Bizlər – təlimçi olaraq bars seansında, 1 saatdan artıq zaman ərzində, seans boyu həmin 32 nöqtəyə yüngülcə toxunaraq bu barları çalışdırırıq. Bu barları çalışdırdıqda artıq bizə xidmət etməyən, özümüzə zidd olan, həyatımızda tıxanıqlıq yaradan, blok yaradan, bizə xidmət etməyən nə varsa açığa çıxır və təmizlənir. 32 bar bunlardır: pul, nəzarət, yaradıcılıq, nəzakət, şükran, əlaqələr, ümidlər, xəyallar, yaşlanma önləyici kimi barlar var. Seansdan sonra bu barlarda yığılan, adını çəkdiyim və çəkmədiyim, pulla, nəzarətlə, yaradıcılıqla, yaşlanmayla əlaqəli bütün bizə xidmət etməyən hər nə varsa təmizlənməyə başlayır. Və gözəl olan şey odur ki, eyni zamanda həm seans alan, həm seans edən insanda eyni barlar işləyir və ortaq alanda bərabər nə varsa, ikisinə də xidmət etməyən, iki tərəfdə də qarşılıqlı olaraq təmizlənməyə başlayır. Bu da Bars’ın əvəzolunmaz işləmə şəklidir.

Bars seanslarını hər kəs ala bilər. Çünki bunun heç bir zərəri yoxdur. Həyatına daha çox şəfa, nəşə, mutluluq, dinclik, rahatlıq, əyləncə qatmaq istəyən hər kəs Bars seansını sınaqdan keçirə bilər. Access prosesi əyləncəli bir prosesdir. Arzu edənlər mənə müraciət edə bilər. Gary Douglas deyir ki, aldığınız bir Bars seansı ilə ən pis ehtimalla dünyanın ən gözəl masajını almış kimi olarsınız, başınız inanılmaz rahatlayar və ən yaxşı ehtimalla artıq sizə xidmət etməyən inanc sistemləri lazımsız zibillərdən təmizləndiyi üçün bütün həyatınız, yəni bütün dünyanız dəyişər.

–Nuridə xanım, Access Barsın elmi sübutu ilə bağlı nə demək olar?

– Neyro Cərrah Dr. Jeffrey Fannin adlı həkim araşdırmalar etmişdir. O, seansdan əvvəl insanların EEG-lərini alır, yəni EEG müayinə etdirir və bu müayinə vasitəsilə insan beynində intensiv fəaliyyət göstərən, problemli hissələri aşkar edir. Access bars seansından sonra qırmızıyla göstərilən fəaliyyət bölgələrindəki qırmızılıqların yoxa çıxdığını görən professor şoka düşür. Doktor bildirir ki, mənim lüğətimdə yox olmuş deyə bir kəlmə yoxdur, 1 saatlıq seansdan sonra qırmızılıqların getməsi inanılmazdır. Çünki seans nəticəsində həmin qırmızılıqların getməsi seansın konsentrasiyayla və beynin məlumat ötürməsiylə bağlı böyük fayda təmin etdiyini göstərir. Və doktor bu seansın irəli versiyasında qətiliklə insanın şüurunun açıldığını deyir. Doktor sadəcə bu müayinə ilə kifayətlənmir, daha sonra insanlara aşağı frekanslı (tezlik) bir tomoqrafiya müayinəsi də edir. Burada Talamus deyilən bölgənin açıldığını, gedikcə Tac çakraya yaxınlaşdığını və insanların beynində bir alan açdığını görür və bunun da inanılmaz olduğunu söyləyir. Çünki bunun olması o deməkdir ki, yəni Tac çakranın açılması o deməkdir ki, artıq enerji bütün hüceyrələrə qədər aktivdir. Və bunun da irəli versiyası Kundalini enerjimizin, içimizdəki öz enerjimizin, aktiv olmasına icazə verilir. Kundalini enerjisinin oyandırılması insan bədəninin sonsuz potensialının açığa çıxmasını təmin edir. Hətta çakralarımızın tarazlanmasını, enerji blokadası varsa əgər, onun açılmasını da dəstəkləyir.

– Və ayrıca ürək və beynin uyuşmasının mükəmməl bir şəkildə işləməsinə yarayır.

Başqa bir elmi çalışma da Dr. Lisa Coony’yə aiddir. Doktor bədən hərarətinə görə termometrlə “bədən hərarəti ölçümü” adı verilən bir çalışma etdi. Və Access seansından sonra ən başdakı göstəricilər, hər cür allergiya, həzm pozğunluğu, depressiya, və nə varsa hər cür narahatlıqlar hamısı minimuma düşdü. Hətta anksiyete göstəricisi 8 olan insanın Bars seansından sonra anksiyete göstəricisinin ciddi şəkildə düşdüyü və rahatlıq göstəricisinin 2-3 faizdən 8 faizə qalxdığı müşahidə olundu. Nəticə olaraq doktor belə dedi: Bu Bars seansı bədənə sürətli bir detoks təsiri göstərir, immunitet sisteminin güclənməsinə, blokların açılmasına, hər növ xəstəliyin (həmçinin xroniki) aradan qaldırılmasına ciddi mənada kömək edir.

– Necə oldu ki, Nuridə Cavafova Access Barsla məşğul olmağa qərar verdi? Hansı qüvvə sizi bu istiqamətə yönəltdi?

– Bu haqda bilgilərə, məluymatlara sosial şəbəkələrdə rast gəlirdim. Diqqətimi çəkdi və daha dərindən araşdırmağa başladım. Nəticə etibarilə kurs keçdim. 2016-cı il noyabrın 5- də İstanbulda Access Barsın bir günlük seanslarını tətbiq etmək kursunu aldım. Bir neçə ay sonra isə Bakıda bu sahədəki biliklərə yiyələnmək üçün şəhərimizdə təşkil olunan kurslara getdim. Türkiyədən gələn peşəkarların-müəllimlərin kurslarını təkrar almaqla accessin təlimçisi olmağa namizəd oldum. İndi artıq təlimçiyəm və bir günlük tətbiq edici kursu verirəm. Bu günədək Azərbaycanda üç nəfərə bu bir günlük kursu verdim. Hal hazırda access bars və facelift seanlarını da edirəm. . Facelifting 20 seansdan sonra botox təsiri göstərir.

 

Qeydiyyat üçün +994 51 324 19 00


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678