Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baktelekom gömrük borcuna görə cərimələnə bilər

103 Baxış

Bakıda telefon rabitəsi və internet xidmətlərini həyata keçirən dövlət şirkəti “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom) gömrük borcuna görə barəsində cərimə protokolu tərtib edilib.

Turanmedia.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə protokol tərtib edib.

Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678