Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT qiymətləndirmə missiyası təkliflərini Azərbaycan Hökumətinə təqdim edib

111 Baxış
Bu gün Azərbaycan öz gündəliyində yeni səhifə açıb. Bu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlıdır.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə də BMT-ni tərəfdaşı kimi görür: “Bu günlərdə BMT, Dünya Bankı, Aİ nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər etdilər. Onlar artıq ilkin təkliflər və məsləhətlərini Azərbaycan Hökuməti ilə bölüşüblər. BMT institutları minalardan təmizlənmə sahəsində də Azərbaycanla sıx əməkdaşlıq edir”.

Prezidentin köməkçisi qeyd edib ki, mina problemi Azərbaycanın inkişaf gündəliyində əsas maneələrdən biridir.

Hikmət Hacıyev Azərbaycanın pandemiya ilə mübarizədə nümunəvi ölkə olduğunu da vurğulayıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678