Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvənd olunanların sayı açıqlandı

128 Baxış
Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.

Turanmedia.az xəbər verir ki, bu barədə konkret.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci doza peyvəndlərin ümumi sayı 5 320 442, ikinci doza vaksinlərin sayı 4 816 763 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 381 olub. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678