“Putin maral qanı ilə vanna qəbul edir” – Rusiya liderinin xərçəngə yoluxduğunu sübut edən sənədlər ÜZƏ ÇIXDI

12 Baxış

“Rusiya prezidenti Vladimir Putinin səhhətində ciddi problem var”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Rusiyanın müstəqil media qurumu “Proekt” belə bir iddia ilə çıxış edib. Nəşr Vladimir Putinə məşhur xərçəng həkimi tərəfindən baş çəkdilyini göstərən sənədlər əldə etdiyini iddia edib.

Bildirilir ki, Moskvada xəstəxanada çalışan Yevgeni Selivanov adlı həkim Rusiya prezidentinin səhhətini yoxlamaq üçün 4 il ərzində 35 dəfə Moskvadan Soçiyə uçub.

Rusiya liderinin müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə maral buynuzunun qanı ilə vanna qəbul etdiyi də qeyd olunur. Rusiya liderinin bundan alternativ terapiya kimi istifadə etdiyi deyilir.

Media orqanı Putinin ötən ilin payızında əməliyyat olunduğunu da irəli sürüb.

“Vladimir Putin tez-tez qalxanabənzər vəzi xərçənginin müalicəsində istifadə edilən steroidləri qəbul edir” – deyə məlumatda bildirilir.

British Daily Telegraph qeyd edib ki, steroid istifadəsi narahatlıq və halüsinasiyalar yarada bilər. Qəzet xatırladıb ki, qərb kəşfiyyat qurumları Ukrayna müharibəsi ilə əlaqədar Putinin psixi sağlamlığı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Diqqət çəkən başqa bir məqam isə, steroidlərin istifadəsi zamanı üzdə şişkinliyin yaranmasıdır. Daily Telegraph xatırladıb ki, daha əvvəl Putinin şişmiş üzü onun plastik əməliyyat etdirməsi ilə əlaqələndirilirdisə, hazırda bunun steroidlərin istifadəsi ilə bağlı olduğu iddia edilir. //Turanmedia.az