Nahid Bağırovun doğum gününü təbrik edirik

59 Baxış

Bu gün İsmayıllı rayon İcra başçısı Nahid Bağırovun doğum günüdür.

Nahid Bağırov 4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur.

1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışmışdır.

2009-cu ildən etibarən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.

2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir.

2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür

2018-ci ildən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavinidir.

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi“, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülmüşdür.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

05 mart 2020-cildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

P.S Turanmedia.az xəbər portalı olaraq İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Bağırov Nahid Rza oğlunu səmimi qəlbdən təbrik edirik.