Gürcü legionundan SƏRT AÇIQLAMA: “Rus əsgərləri və “kadırovçular”a RƏHM ETMƏYƏCƏYİK”

11 Baxış

Gürcü legionu Ukraynada artıq rus əsgərlərini əsir götürməyəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu “Efir” proqramının efirində legion rəhbəri Mamuka Mamulaşvili deyib. Ukrayna tərəfində döyüşən gürcü legionunun rəhbəri bildirib ki, onun bölməsi rus əsgərlərini əsir götürməyəcək.

“Biz rus işğalçılarını əsir götürməyəcəyik. Bu qərar “kadırovçuı”lara  da aiddir. Onlara rəhm olmayacaq”, – deyə Mamulaşvili bildirib.

O, bu qərarın rus əsgərlərinin Buçada təşkil etdiyi qırğından sonra alındığını açıqlayıb.

“Mən başa düşürəm ki, müharibə qaydaları var. Amma ruslar həm mülki şəxslərə, həm də hərbçilərə, xüsusən də uşaqlara və qadınlara münasibətdə bu qaydanı pozurlar. Bəs biz niyə bunu edən hərbçiləri güllələmərik?”, – Mamulaşvili deyib.

O, Ukrayna ordusunun digər hissələrinin də gürcü legionundan nümunə götürəcəyinə ümid edir.

Bundan əvvəl şəbəkədə əsir düşmüş yaralı əsgərlərin əlləri bağlı halda öldürüldüyü videolar yayılıb.  //Turanmedia.az