Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

92 Baxış

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Hamlet Nağıyev vəzifəsindən azad edilib.

Turanmedia.az xəbər verir ki, şirkətə rəhbərlik Həmid Məmmədova həvalə olunub.

Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. //Turanmedia.az