Azərbaycanda şirkət sahibinin meyiti tapılıb

9 Baxış

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Turanmedia.az report-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələ ki, onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.  //Turanmedia.az