Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST rəsmisi Avropada COVID-19-a yoluxma saylarının artmasının Azərbaycana təsiri ilə bağlı açıqlama verib

94 Baxış

“Hazırda bir çox Avropa ölkələrində koronavirusla yoluxma sayında artım müşahidə olunur. Bu da bir daha onu göstərir ki, pandemiya hələ də davam edir”.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisi bildirib ki, xüsusilə Şərqi Avropa ölkələrində yoluxmaların artma səbəbi “Omikron” ştamı ilə əlaqəli ehtimal edilir:

“Hətta həmin ştamın B1 və B2 versiyaları da yaranıb. B2 versiyası isə daha sürətli yoluxma qabiliyyətinə malikdir. Yüksək risk qrupuna aid olan şəxsləri, eləcə də 65 yaş üzəri olanlar, səhiyyə işçilərini qorumaq mütləqdir. Karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq qapalı məkanlarda maska taxılması önəmlidir”.

H.Harmancı əlavə edib ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48 %-dən çoxdur:

“Bu, yaxşı hal olsa da, hədəfimiz 70 %-in üzərindədir. Ümid edirəm ki, bu günə qədər peyvənd vurdurmayan şəxslər də vaksin vurduracaqlar. Son günlər ölkədə yoluxma və ölüm saylarında ciddi azalma nəzərə çarpır. Lakin hələ də pandemiya şəraitində yaşayırıq”.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678