“Azərişığ”ın sədri Gəncədə vətəndaşları qəbul edəcək

11 Baxış

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-d, saat 10:00-da Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Turanmedia.az report-a istinadən xəbər verir ki, qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və yaxud səhmdar cəmiyyərinin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.  //Turanmedia.az