Peter Mixalko: “Avropa İttifaqı Azərbaycana dəstəyini davam etdirəcək”

9 Baxış

“Azərbaycan hökumətinə pandemiya ilə mübarizədə əldə etdiyi nailiyyətlərə görə təşəkkür edirəm. Ən əsas da vaksinasiyada yüksək nəticə əldə edilib”.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

Onun sözlərinə görə, bu çərçivədə Avropa İttifaqının Azərbaycana təhvil verdiyi avadanlıqlar da məhz həmin nailiyyətlərə xidmət edir: “Bundan sonra da Avropa İttifaqı öz dəstəyini davam etdirəcək”.  //Turanmedia.az