Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya yenidən Kiyevə hücum edəcək” – Generaldan XƏBƏRDARLIQ

107 Baxış
“Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirdikdən sonra Kiyevə hücum edə bilər”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini, general Aleksandr Qruzeviç səsləndirib.

“Vəziyyət gərgin olaraq qalır. Düşmən istiqamətini dəyişib və yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərini nəzarətə götürməyə çalışacaq, bundan sonra paytaxta ikinci hücum gözlənilir”, – deyə Qruzeviç bildirib.

Generalın sözlərinə görə, hazırda Kiyev ətrafında xürici müdafiəni gücləndirmək üçün tədbirlər görülür.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678